Teylor Sviftin konserti zəlzələyə səbəb olub

Amerikalı pop ulduz Teylor Sviftin Sietl şəhərində verdiyi iki böyük konsert bölgədə 2,3 bal gücündə zəlzələyə bərabər olan seysmik aktivliyə səbəb olub. Bu barədə BBC yazır.

Yerli seysmoloq Ceki Kaplan-Auerbah göstəriciləri müğənninin Eras Tour çərçivəsində iyulun 22 və 23-də Lumen Field stadionundan çıxışları zamanı qeydə alıb. Alimin sözlərinə görə, mini zəlzələnin mənbəyi ya rəqs edən pərəstişkarlar, ya da səs sistemi ola bilər. İki axşam ərzində bu konsertlərdə 144.000 adam rəqs edib.

Sietldə əvvəlki oxşar rekord 2011-ci ildə Amerika futbol matçı zamanı qeydə alınmışdı. Bu, “Beest Quake” - “Heyvan Zəlzələsi” adı alıb.

Kaplan-Auerbaha görə, NFL oyunu ilə Sviftin son konsertləri arasındakı fərq cəmi 0,3 bal idi, lakin titrəmə iki dəfə çox olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ