Türkan Şoray: “Mehriban Əliyeva məni evinə çay içməyə dəvət etmişdi” - video

Türkiyəli aktrisa Türkan Şoray Azərbaycanla bağlı xatirələrini bölüşüb.

Bu barədə sənətkar “ATV səhər”ə danışıb.

O, birinci xanım Mehriban Əliyeva ilə 2012-ci ildəki görüşünü xatırlayıb: “Birinci xanım Mehriban Əliyeva məni evinə çay içməyə dəvət edib. Azərbaycanda gözəl xatirələrim olub. Ona bir kitab hədiyyə etdim. Hətta kitabı Azərbaycan dilinə tərcümə etdirmək təklifini verdi. Çox gözəl xatirələrim var. Azərbaycana müxtəlif illərdə üç dəfə gəlmişəm. Yenə gəlmək istəyirəm”.

Türkan Şoray ümummilli lider Heydər Əliyev haqqında da danışıb: “Heydər Əliyevlə tanış olmaq şansım olmayıb. Azərbaycanın ulu öndərini onun 100-cü ilində sayqı ilə anıram. Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı sənət aləminin mehribanlaşması, türk ifaçıların ölkənizdə tanınması üçün çalışdı. Dilimiz, türkülərimiz, adətlərimiz eynidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ