Əliağa Vahidin qızının sosial vəziyyəti acınacaqlıdır - video

Dahi qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın sosial problemləri var.

Şairin 68 yaşlı yadigarının vəziyyəti barədə tarzən Humay Qədimova öz instaqram hesabında məlumat verib.

“İşsizdir, təkdir, evi çox pis və təmirsiz vəziyyətdədir”, - o deyib.

H. Qədimova Ə. Vahidin qəzəllərinə müraciət edən xanəndə və meyxanaçıları Firəngiz xanıma kömək etməyə çağırıb.

Qeyd edək ki, Ə. Vahidin digər övladı, oğlu Ramiz İsgəndərov dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ