Uğurlu, lakin tənha: Beş ən tanınmış subay azərbaycanlı xanımı - foto

Azərbaycan şou-biznesin bəzi xanım ifaçıları hələ də ailə qurmayıb. Bəziləri isə ailə həyatı qurduqdan bir müddət sonra boşanıb, və hazırda subaydır. 

Bu gözəllərin hər şeyi var: pərəstişkarlar və yaxşı qazanc. 

Buta.media Azərbaycan şou-biznesində uğurlu karyera quran, lakin şəxsi həyatlarını hələ də qura bilməyən beş tanınmış xanımı təqdim edir:

Aktrisa və bloger Pərvin Abıyeva, 33 yaş
Foto: Instagram / pervinabiyeva

Onun həyatında sevgi hekayələri uzun çəkmir. Aktrisa ailə qurmaqdan qorxduğunu deyir. 

“Girirsən “Instaqram”a, parkın ortasında kişi arvadını bıçaqlayıb, ata oğlun öldürür, uşaq zorlanır. Oturub ağlayıram, qaçıram “Instaqram”dan. Özümə nevroz deyirəm, amma bunları görürəm, insanlar daha çox nevrozdur. Uşaq dünyaya gətirməkdən qorxuram ki, sabah başına nə gələr. 16 yaşında oğlan özünü atdı kanala, sevgilisi 15 yaşında qız başqasına nişanlanıb. İki insanı bədbəxt etdilər. İnsanlar nə gündədir. Pisini görürsüzsə, yaxşını deyin. Ailə qurmaqdan qorxuram. Azad qadını fahişə kimi görürsüz. İstədiyi kimi həyat yaşayan, rahat olan, dünya gəzən insanları fahişə kimi görürsüz. Dekolte geyinən qadınları fahişə kimi görürsüz...”

Müğənni Aysel Əlizadə, 33 yaş
Foto: Instagram / ayselalizade_official

Bir müddət əvvəl adı qalmaqallı eşq macərasında hallansa da, bu iddialar öz təsdiqini tapmayıb. Yerli KİV-in iddiasına görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan bir şəxslə münasibətdə olub. Həmin şəxsin müğənniyə son model “Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilirdi.

Müğənni Səmra Rəhimli, 28 yaş
Foto: Instagram / samraeurovision

2016-cı ildə Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edib və 17-ci yeri tutub. Onun üçün həyatda karyera hər şeydən vacibdir. 

“Evlənəcəyim şəxs “Oxuma!” desə, qəbul etməyəcəm. Bir insan səni sevirsə, olduğun kimi qəbul edir, sevmirsə, səni dəyişməyə çalışır. Məni tanıyan insan geyimlərimə qarışmaz. Həyatımda kişi olsa da, olmasa da, mən öz yükümü çəkə bilirəm. Artıq hərəkət etmirəm həyatda. Xoruz yox idi, səhər açılmırdı? Ona görə kimsə mənə sərhəd qoymasın”.

Sevil və Sevinc bacıları, 34 yaş
Foto: Instagram / sevinc_sevil

Hazırda hər iki bacı subaydır. Onlar yalnız azərbaycanlı kişi ilə ailə həyatı qurmaq istəyirlər. Əkiz bacılar ailə həyatı qurduqdan sonra sənətdən gedəcəklərini deyiblər:

“Davamlı oxumaq fikrimiz də yoxdur. Özümü bu sənətə heç uyğun görmürəm. Narahat, qəribə hiss edirəm özümü. Allah bizə xeyirli qapı açsın, çıxıb gedək. Ailə qurduqdan sonra sosial şəbəkələri belə özüm üçün gizli işlədəcəyəm. Ümumi paylaşım olmayacaq”.

Aktrisa, bloger və müğənni Aynişan Quliyeva, 31 yaş
Foto: Instagram / aynikhalid

Əməkdar artist Aybəniz Haşımova qızı fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı qurduqdan bir neçə ay sonra boşanıb. Hazırda subaydır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ