Yazıçı Milan Kundera vəfat edib

Çexiyalı yazıçı Milan Kundera 94 yaşında vəfat edib. Bu barədə CT24 telekanalı məlumat yayıb.

Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub və 1975-ci ildən etibarən Fransada yaşayıb.

O, yaradıcılığa şair kimi başlayıb və “İnsan: Böyük bağ” (1953), “Sonuncu may” (1955), “Monoloqlar” (1957) adlı poetik toplularını nəşr etdirdikdən sonra 1962-ci ildə “Açarların sahibləri” adlı pyesini yazıb və bundan sonra daha çox nasir kimi ədəbiyyata xidmətlərini davam etdirib.

Kunderanın novellaları, romanları və esseləri müəllifə böyük şöhrət qazandırıb. “Gülməli əhvalat” (1963–1968) novellalar toplusu, “Zarafat” (1965), “Burda olmayan həyat” (1973), “Gülüş və yaddaş kitabı” (1978), eyni zamanda “Mövcudluğun dözülməz yüngüllüyü”, “Ölməzlik”, “Arxayınlıq” romanları yazıçıya dünya şöhrəti qazandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ