Damlanın ayağı sındı - Video

Müğənni Damlanın ayağı sınıb.  

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri stilist Emil Hacıyev instaqramda paylaşıb.

Videoda müğənninin qoltuq ağacı ilə gəzdiyini görmək mümkündür.  

Məsələ ilə bağlı müğənninin meneceri Şəhriyar Abişovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, hadisə srağagün baş verib: “Damla xanım restorandan çıxarkən ayağı burxulub, pilləkəndan yıxılıb. Hazırda vəziyyəti yaxşıdır”.

Onun sözlərinə görə, buna baxmayaraq, müğənni bu gün bütöv toyu idarə edəcək.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ