Elzanın küsülü bacısı: Üzr istəməsə, onunla barışmayacam - video

Əməkdar artist Elza Seyidcahanın küsülü olduğu bacısı Lalə Seyidcahan “Elgizlə izlə” verilişinə müsahibə verib.

O, müğənni ilə aralarında yaşanandan danışıb.

Lalə bildirib ki, Elza ondan üzr istəməsə, onunla barışmayacaq:

“Elzanı doğum günü münasibətilə təbrik etməyəcəm. Çünki o, iilərdir ad günümü təbrik etmir. O yalnız atamın anamın qızı olacaq, mənim bacım yox. Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, ona “Elza xanım” deyə müraciət edirəm. Elza məndən üzr istəsin, mən də onu bağışlayacağam (ağlayır). Mən Elzasızlığa artıq öyrəşmişəm. Çünki o, sənət əsərimdir. O, mənim manikenimdir. Mərhum İlhamə Quliyeva əl çaldırdı mənim üçün ki, belə bir bacıdan yoxdur. O görürdü ki, necə Elzanın zəhmətini çəkirəm. Nəyə görə ağlayıram? Çünki o bizdə belə bir səhvləri görməməli idi. Mənim üçün Elzasızlıq çox çətindir, amma mən buna artıq öyrəşdim. Mənə ana timsalında “bacı” deyirdilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ