Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 9-cu mikrayonda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb.
O, yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, N.Zeynalov səs studiyasının sahibidir. O, uzun illərdir səs rejissoru kimi fəaliyyət göstərir.