İyulun 6-da Amerikanın “Meta” korporasiyası “Threads” mətn mesajlaşma xidmətini istifadəyə verib. Yeni sosial şəbəkə amerikalı milyarder İlon Maska məxsus olan “Twitter”ə rəqib kimi yer alır. “Meta” niyə yeni sosial şəbəkə yaratdı, korporasiyanın rəhbəri Mark Zukerberq buna görə Maskla necə üz-üzə gəldi və sosial şəbəkə istifadəçiləri niyə “Threads”a şübhə ilə yanaşdılar? Bütün bunlar Buta.media-nın materialında.
“Threads”in özəlliyi nədir?
“Meta” korporasiyası tərəfindən iyun ayınd “Twitter”in analoqu kimi elan edilmiş “Threads” tətbiqi iyulun 6-da “App Store”da istifadəyə verilib. Zukerberq “Threads” hesabında bildirib ki, işə salındıqdan sonra bir saat ərzində 10 milyon istifadəçi tətbiqi yükləyib.
Təsvirdən göründüyü kimi, tətbiq “Instagram” tərəfindən dəstəklənir. ““Threads”, bu gün sizi maraqlandıran mövzüdan sabah trenddə olacaq hər şeyi müzakirə etmək üçün yerdir”, - deyə sosial şəbəkənin təsvirində yazılıb.
Yükləyərkən yeni sosial şəbəkə “Instagram” hesabı ilə sinxronizasiya etməyi təklif edir: istifadəçilər dərhal əsas foto və profil təsvirini ötürə və abunələri təkrarlaya bilərlər.
“Twitter”in cavabı
İyun ayında “Meta” korporasiyasının baş məhsul direktoru Kris Koks “Threads”in yaradılmasını ““Twitter” sosial şəbəkəsinə cavab” adlandırıb. Koksun sözlərinə görə, proqramın məqsədi “təhlükəsizlik, istifadə rahatlığı və etibarlılıq”dır.
Tərtibatçılar və ictimai xadimlər ağıllı şəkildə idarə olunan proqramdan istifadə etməkdə maraqlıdırlar. Onlar məlumat paylaşmaq üçün etibar edə biləcəkləri bir tətbiq istəyirlər
Kris Koks
Meta korporasiyasında məhsul direktoru
Bununla belə, platforma ilə artıq tanış olmuş istifadəçilər, onun aşkar çatışmazlıqları arasında, “İnstaqram” hesabını silmədən “Threads”də profilin silinə bilməməsini xüsusi vurğulayıblar - bu, “Meta”nın “Əlavə məxfilik siyasəti”ndə də təsdiqlənir. Korporasiya izah edir ki, onun siyasəti “Threads” profilinin istifadəçinin “Instagram” hesabının bir hissəsi olmasıdır.
““Twitter”in əsas üstünlüklərindən biri platformanın istifadəçilərə həmişə anonimliyi təmin etməsidir, biz bunu “Threads2də əldə etməyəcəyik”, - deyə bir istifadəçi Zukerberqin yeni məhsulunun mənfi cəhətlərinə toxunaraq bildirib.
“Twitter”in kopyasıdır”
Sosial şəbəkə istifadəçilər “Threads”i “Twitter”in tam surəti adlandırıblar. ““Threads” “Twitter”in hərfi sürətidir”, - deyə bir istifadəçi yazıb. “Mən sizin ağıllı tvitlərinizi “Threads” səlahiyyəti üçün kopyalayacağam”, - deyə başqa bir şərhçi zarafat edib.
“Gəlin, görək, bu şəbəkə bir aya öləcəkmi? Ancaq hələ ki, mənə elə gəlir ki, insanlar “TikTok”dan “İnstaqram”a videoların dublikatını apardıqları kimi tvitlərini sadəcə “Threads”ə köçürəcəklər”, - deyə başqa bir istifadəçi bildirib.
“Mən “Threads” şəbəkəsini yaratmaq üçün “Twitter”i kopyalamadım. Mən sadəcə “Meta”da “Twitter”dən qovulan tərtibatçıları işə götürdüm, onlar bunu özləri etdilər”, - deyə Zukerberqin parodiya hesabının müəllifi istehza ilə yazıb.
Mark Zukerberqin özü “Threads” və “Twitter” arasındakı oxşarlığa ironiya ilə yanaşıb. Yeni platformanın istifadəyə verildiyi gün o, “Twitter” hesabında 11 ildən sonra ilk mesajı yerləşdirib. Yazıda Zukerberq iki eyni “hörümçək-adamın bir-birinə işarə etdiyi internet memini” yerləşdirib - adətən bu şəkil iki obyektin və ya fenomenin eyniliyini göstərmək üçün istifadə olunur. Zukerberqin əvvəlki yazısı 18 yanvar 2012-ci il tarixlidir.
“Yeni platformanı “Clubhouse”un taleyi gözləyirmi?”
Bir çox istifadəçi “Threads”i 2021-ci ilin qışında istifadəyə verilən “Clubhouse” sosial şəbəkəsi ilə müqayisə edib. “Twitter” istifadəçiləri “Threads” şəkəsini “Clubhouse” ilə eyni taleh gözləyir, elə deyilmi?”, “”Clubhouse” kimi, “Threads” də bir ay ərzində unudulacaq”, - istifadəçilərdən biri yazıb. “Çox maraqlıdır ki, onu “Clubhouse”un taleyi gözləyirmi? Ən böyük media şəxsiyyətlərinin istifadəyə verildiyi ilk həftələrdə ondan necə istifadə etdiklərini hələ də xatırlayıram”, - deyə başqa bir şərhçi yazıb.
Bununla belə, bəzi istifadəçilər “Threads”in bir vaxtlar məşhur olan “Clubhouse”a bənzəməsi ilə razılaşmayıblar. ““Clubhouse” ilə müqayisə o qədər də uyğun deyil. “Threads” yaradıcıları özlərini “Twitter”ə birbaşa rəqib kimi sübut etmək üçün mümkün olan hər şeyi edirlər və niyə də olmasın? Sosial şəbəkənin müəyyən istifadəçi bazası var. Mübarizə davam edir”, - başqa bir “Twitter” istifadəçisi yazıb.
Mask Zukerberqə qarşı
İyun ayında “Threads” üzərində iş elan edildikdən sonra biznesmenlər arasında açıq münaqişə başladı. Daha sonra “Twitter”in sahibi Zukerberqi hər cür təhqir etdi, sonra isə “Meta” direktoru ilə rinqdə döyüşmək istədiyini yazdı. Ciu-citsu ilə məşğul olan Zukerberq iş adamı ilə döyüşməyə razılaşdı. Maskın təklifinə cavab olaraq “yerin adını yazın” deyə Zukerberq bildirdi.
“Twitter” sahibinin sözlərinə görə, o, gənc yaşlarında şiddətli küçə döyüşlərində iştirak edib və döyüşməyə hazırdır. “Morj adlandırdığım gözəl bir hərəkətim var. Mən sadəcə rəqibimin üstünə uzanıb heç nə etmirəm”, – Mask “Twitter”də istehza ilə yazıb.
İyulun əvvəlində Mask və Zukerberq döyüşlə bağlı rəsmi danışıqlara başlayıb və təşkilatçı kimi UFC prezidenti Deyn Uaytı tapıblar. O, hətta danışıqları da öz üzərinə götürüb və jurnalistlərə bildirib ki, milyarderlərlə demək olar ki, hər gün, bəzən gecə saatlarına qədər telefonla əlaqə saxlayır.
Uayt döyüşün göstərici xarakter daşıyacağını və UFC-nin yurisdiksiyasından kənarda baş tutacağını, eyni zamanda onun təşkilatçılığı ilə şəxsən məşğul olacağını ssöyləyib. Döyüşün Las-Veqasda keçiriləcəyi gözlənilir.
Qarşıdan gələn döyüşlə bağlı problemlərdən biri də Zukerberq və Maskın müxtəlif çəki dərəcələrində olması və müxtəlif fitnes səviyyələrinə malik olmasıdır. Zukerberq son bir neçə il ərzində döyüş sənəti ilə fəal məşğul olaraq öz fiziki hazırlığını artırıb, Mask isə demək olar ki, heç bir idman növü ilə tanınmır. Bundan əlavə, Mask Zukerberqdən 13 yaş böyükdür və çəkisi ən azı 30 kiloqram çoxdur.
“Threads”də istifadəçilər qeyd ediblər ki, Zukerberq platformada Maskla döyüşü dərc etsə, sosial şəbəkə uğurlu ola bilər. “Bu, simvolik olacaq: “Threads” vs “Twitter””, yeni sosial şəbəkənin istifadəçilərindən biri yazıb.