Xoşqədəm Hidayətqızı yenidən məhkəməyə verildi

Aparıcı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) məhkəməyə verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Bakı Apellyasiya Məhkəməsinə xüsusi ittiham qaydasında apellyasiya şikayəti daxil olub.

Məlumatda qeyd edilib ki, Xoşqədəm Hidayətqızı ilə birgə Müşkü Ağakişiyeva da məhkəməyə verilib.

Hər iki şəxsin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham olunması tələb edilib.

Birinci instansiya məhkəməsində onlarla bağlı müvafiq hökm çıxarılıb. Daha sonra hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.

Şikayət hakim İbrahim İbrahimlinin icraatına verilib və araşdırılmağa başlanılıb.

Xatırladaq ki, daha əvvəl Xoşqədəm Hidayətqızı Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramovun müraciəti ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi. Vəkil aparıcını efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaqda ittiham etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ