“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.
Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.
O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:
“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.