“TikTok” Azərbaycanda 400 minə yaxın videonu silib

2023-cü ilin birinci rübündə “TikTok” Azərbaycanda istifadəçilər tərəfindən yerləşdirilən 390 000 videonu silib.

Bu barədə “TikTok” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalarının rəhbəri Kristina Yeremeyeva Azərbaycan mediası üçün təşkil olunan vebinarda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda videoların 80 faizindən çoxu platformadaya yerləşdirilən gündə silinib. Səbəb isə “TikTok” qaydalarının pozulmasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ