Ebru Gündeşi Şəmkirə kiçik toya kim gətizdirib? - video

Dünən türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.

Manşet.az-ın məlumatına görə, toy rayonun Şiştəpə kəndində baş tutub.

Tanınmış iş adamı Aydın Musayev oğlu Raminin 3 övladına kiçik toy edib. İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.

Ebru Gündeşlə yanaşı toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan səhnə alıb. Məclisi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.

Xatırladaq ki, Aydın Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Onun Şəmkir rayonunda xeyriyyəçiliklə də məşğul olduğu bildirilir. O, biznes aləmində Məmməd və Axmed ləqəbləri ilə tanınır.

Qeyd edək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna Türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi. Həmin dəbdəbəli toy da sosial şəbəkələrdə gündəm olmuşdu.

09:43

Türkiyəli müğənni Ebru Gündəş Azərbaycana gəlib. 

Sənətçi Şəmkirdə toyda səhnə alıb. Ebru kiçik toy məclisində canlı orkest ilə çıxış edib. Məclis zamanı sənətçi hit mahnılarını səsləndirib. 

Məclisin aparıcısı Leyla Quliyeva olub. Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ