“İnstaqram”da @Joesthetics kimi tanınan alman bodibildinqçi və fitnes bloqçusu Co Lindner 30 yaşında vəfat edib.
“New York Post” nəşri idmançının ölümünə anevrizmanın səbəb olduğunu göstərir - bodibildinqçinin rəfiqəsi iddia edir ki, o, əvvəllər boynundakı ağrılardan şikayət edib.
Fitnes və bodibildinqlə məşğul olan idmançının “İnstaqram”da 9 milyondan çox izləyicisi var idi.