Aktyor Culian Sendsin cəsədi Kaliforniyada dağlarda taplıb

Britaniyalı aktyor Culian Sendsın qalıqları Kaliforniyada Baldi dağının yaxınlığında tapılıb. Bu barədə San Bernardino qraflığının şerif departamentinin məlumatında deyilir. 

Turistlər 65 yaşlı aktyorun qalıqlarını ötən şənbə, iyunun 24-də tapıblar, bundan sonra polisə müraciət ediblər. Ekspertlər qalıqların Culian Sendsə aid olduğunu təsdiqləyiblər. Onun ölüm səbəbi müəyyənləşdirilir.

Sends yanvarın 13-də Cənubi Kaliforniyadakı San Qabriel dağ silsiləsində gəzinti zamanı itkin düşüb. Aktyorun axtarışlarına hava şəraiti və uçqun təhlükəsi mane olub. Sendsın cəsədi tapıldıqdan sonra polis axtarışda iştirak edən hər kəsə təşəkkür edib.

Culian Sands 150-dən çox film və serialda çəkilib. O, Helena Bonham Karterin də rol aldığı Ceyms İvorinin “Mənzərəli otaq” filmində baş rolu oynayıb. Bundan əlavə, Sands “Ouşenin on üç dostu”, “Ölüm tarlaları”, “Eksprompt” filmlərində, həmçinin “24 saat”, “Dekster”, “Qotem” və digər seriallardakı işi ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ