“Telegram”da yeni era başlayır

“Telegram” messencerində yaxın vaxtlarda “Stories2 bölməsi görünəcək. Yeni funksiya son sınaq mərhələsindədir və iyulun əvvəlində əlavə olunacaq. Bu barədə Pavel Durovun “Teleqram”ında məlumat verilib.

Bildirilir ki, istifadəçilər hekayələrin hər birini görə biləcək auditoriyanı müəyyən edə biləcəklər. Hekayələr “Instagram” və “Facebook”a bənzər söhbət siyahısının yuxarı hissəsində göstəriləcək.

Həmçinin hekayələri yazmaq üçün ön və arxa kameralar tərəfindən eyni vaxtda çəkilmiş foto və videolardan istifadə etmək mümkün olacaq. Bundan əlavə, istifadəçilər hekayənin müddətini seçə biləcəklər: 6, 12, 24 və ya 48 saat.

“Hekayələrin yaranması “Telegram”da indikindən daha əyləncəli və sosial olacaq yeni bir dövrün başlanğıcıdır”, - Durov deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ