Məhşur azərbaycanlı müğənniyə ağır itki

Məhşur azərbaycanlı müğənniyə ağır itki Müğənni Kərim Abasovun ailəsində itki baş verib. 

Buta.media xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. 

Kərim bu barədə şəxsi Instagram hesabında paylaşım edib: 

"Məni yetim qoyub gedən Atam lay-lay... Sənsizliklə imtahana tez çəkdin məni... Sən mənim başımın tacı idin... Dərdimə əlac idin. Səssiz-səmirsiz fikir edən canına qurban olum Ata. Atasız yetim kəlməsi b gündən sonra mənimlədir... Allah sənə qəni-qəni rəhmət eləsin. Sən gör necə gözəl insan olmusan ki, Ramazan ayında haqqın rəhmətinə qovuşdun... Yat, rahat yat... Oğlunun yanında rahat yat... Qardaşımı itirdim, səni itirdim.. Məni də gözləyin, gələcəm yanınıza".

Qeyd edək ki, müğənninin atası xeyli müddətdir ürəyindən müalicə alır. 

Allah rəhmət eləsin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ