"Bu, bir yuxu idi. Heç vaxt həbsə düşəcəyimə inanmırdım. Kənardan bura qəribə baxırdım. Həyatda heç kim nə ölümdən, nə də həbsxanadan siğortalanmayıb".
Buta.media-nın məlumatına görə, bu sözləri bir neçə dəqiqə əvvəl azadlığa çıxan prodüsser Təranə Səmədova özəl olaraq Lent.az-a açıqlamasında deyib.
Təranə Səmədova bildirib ki, danışacağı sözlər həddindən çoxdur:
"Həbs həyatı mənə müəyyən vaxtlarda susmağı öyrətdi. Mən heç kimin pis gününə sevinməmişəm. Həyatda hər kəsin bir alın yazısı var. Kimləri gözləyirdimsə, onlar bu gün məni qarşılamağa gəlmişdi".