Təranə Səmədovadan şad xəbər - Məhkəmə qərar verdi

Prodüser Təranə Səmədova azadlığa çıxıb. 

Buta.media xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu gün Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb. 

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilirdi. Təranə bir il müddətinə azadlıqdan məhrum edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ