Müğənni Mətanət Əsədova “Hər şey daxil”in qonağı olub.
Buta.media xəbər verir ki, xanım müğənni göründüyünün əksinə təbiətən çox sakit insan olduğunu bildirib.
Mətanət bacısının ölümündən istifadə edənlərin onu özündən çıxartdığını etiraf edib:
“Mənim o vaxt səsim çıxdı, o vaxt mənə dedilər ki, “Ay aman, bu, nə yaman dilli qızdır?” Əslində, ümumiyyətlə, elə deyiləm mən. Çox sakit, mədəni həyatı sevən insanam. Amma mənim bütün sözümü-söhbətimi mənli, mənsiz… Mənim bir sözlə şillə vuranım idi də o. O, mənim əjdaham idi. Bacı var, bacı var da. Mən onun tozu idim. O, elə bir insan idi. Elə bir böyük varlığı itirdim. Yenə deyirəm, o, mənim həm vuran əlim idi, həm mənsiz mənim bütün işlərimi həll edirdi. Mənim xəbərim olmadan. Dağları uçurdurdu da bu qız, amandır Mətanətin adını kimsə çəkə bilməz”.
Xatırladaq ki, M.Əsədovanın bacısı Nurlanə Əsədova (35 yaş) 2013-cü il oktyabrın 9-dan 10-na keçən gecə saxlanıldığı həbsxanada intihar edib.