“Şumlaya-şumlaya” gəliblər: Azərbaycanda tanımış aparıcının başına iş gəldi - FOTO

“Media FM”in aparıcısı Sona Rəsulovanın avtomobili qarət olunub. 

Buta.media xəbər verir ki, ötən gecə oğrular Sonanın avtomobilinin yan şüşələrini sındırıblar.

Hadisə Yasamal rayonunun Mətbuat prospekti ərazisində baş verib.

Rəsulova şəxsi “Instagram” hesabında avtomobilinin “bardaçok” hissəsindən siqaretin oğurlandığı barədə məlumat paylaşıb. Aparıcı oğruların ətrafda olan digər avtomobillərə də ziyan vuraraq, soyduğunu yazıb:

“Qonşu ilə 102-yə zəng elədik, gəldilər, sonra gedib polis bölməsində şikayət ərizəsi yazdıq. Gecə avtomobillərin əməlli-başlı soyqırımı olub, “şumlaya-şumlaya” gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də sındırıblar.

Telefonları oğurlanan kim, saatları, pulqabıları götürülən kim... Həmişə əlimə keçəni “bardaçok”a atıram. Amma “bəxtlərindən” bu dəfə elə bir şey yox idi. Bircə kiminsə maşınımda qalan siqaretini götürüblər. İndi hər yanda kameraların olduğu bir vaxtda, bu nə özbaşınalıqdır? Belə dərd olar?” 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ