Azərbaycanlı repçi 19 yaşlı qızı qaçırıb? - video

“Səni axtarıram” verilişinin ötən gün yayımlanan buraxılışında hər kəsi təəccübləndirən hadisə yaşanıb. 

Verilişə müraciət edən ana qızı Qarayeva Səmanın azərbaycanlı repçi Epi (Əkbər Novruzlu) tərəfindən qaçırıldığını bildirib.

19 yaşlı Səma Qarayeva iyunun 12-si tarixində işdən çıxarkən evə qayıtmayıb. Anası onu İnstaqramda tanış olduğu Epinin yanında saxladığını deyib:

“Telefonu söndürüb qaçır. Əkbər deyilən biridir. Qızımı istəmir. Deyib ki, axırıncı dəfə onu “Gənclik”də qızıl mağazasının yanına qoydum ki, bu da mənim ona sonuncu yaxşılığımdır. Qızıllarını satsın özü öz başının çarəsinə baxsın. Qızım 16 yaşında salonda işləyirdi. Çıxardım ki, uşağım tez aldanandır. Nömrələrini qırdım, yenə də uşağımdan əl çəkmədi. Mənim qızım evdə nə oldu, ona xəbər edirdi. Bilmirəm hara aparıb. Niyə mənim uşağıma köməklik edib? İşləmək, sərbəst olmaq istəyirdi. Qızım dedi ki, Epi məni istəyir. Dedim ki, istəyə bilməz. Qızımdan 10 yaş böyükdür. Deyib ki, 4 evim var. Qızım o evlərdən birindədir”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ