Emin Ağalarov Bakıda planlaşdırdığı heyrətamiz layihəni göstərdi - video

Mən düz dənizdə gəmi-bina - “Caspian Dream Liner” tikmək istəyirəm. Bunu etsəm, ərazidəki ən heyrətamiz layihə olacaq.

Bu barədə “OK!” nəşrinə müsahibəsində iş adamı və musiqiçi Emin Ağalarov deyib.

“Qlobal olaraq mən “Sea Breeze”də Yeni Riqa və ya Rublyovka yaratmağa çalışıram. Mən hər həftə böyük məmnuniyyətlə Bakıya uçuram: güc və enerji ilə oyanıram, bütün tikinti sahələrini gəzirəm - ümumiyyətlə, bununla fəxr edirəm”.

E.Ağalarov “Sea Breeze”də vahid infrastruktur yaratmaq istədiyini də qeyd edib:

“Mənzil almısan və çimərliyin bütün altı kilometrlik sahəsindən, 30-40 restoran, gözəllik salonları, bərbərlər, tibb məntəqəsi, müxtəlif mağazalardan istifadə edirsən, musiqi tədbirlərinə gedirsən. Bura davam etdirməyi planlaşdırdığımız “Jara” Festivalı, eləcə də beynəlxalq, o cümlədən müxtəlif sənətçilərin konsertləri də daxildir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ