Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - foto

Keçmiş sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülərək təhdid edilən “Miss Azərbaycan 2017”  Razi Əliyeva yeni fotolarını paylaşıb və hadisənin təfərrüatını danışıb.

Öz İnstaqram səhifəsində model bu işə göstərilən diqqətə görə daxili işlər orqanlarına minnətdarlığını bildirib və Z.Hüseynovla münasibəti ilə bağlı yeni faktlar açıqlayıb.

“Ziya mənə bıçaqla işgəncə verirdi, məni 13-cü mərtəbədən atmağa cəhd edirdi, huşumu itirənə qədər məni boğub və döyüb.

Telefonumu əlimdən alaraq evdə bağlayırdı, özü isə mənim adımdan fərqli insanlarla və özü ilə yazışırdı ki, növbəti şantaj üçün əlində nəsə olsun.

Məni tanıyan hər kəs mənim heç vaxt narkotik vasitələr qəbul etmədiyimi təsdiqləyə bilər. Mən bütün lazımi testlərdən keçməyə hazıram”, - model yazıb.

R.Əliyeva iddia edir ki, Hüseynov subay olanda onunla münasibətə girib və uzun müddət onun ailəli olmasından xəbərsiz olub.

“Mən onun evli olduğunu sonuncu dəfə boğub döydüyü gün bildim. Həmin gün evdən anamın yanına qaçdım”, - model bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ