Bir neçə gün əvvəl həbs olunan müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov azadlığa buraxılıb.
“Shownews” yazır ki, Eşqindən şikayətçi olan Aysun ərizəsini geri götürüb.
Xatırladaq ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunmuşdu.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilmişdi.
Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.