Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı İctimai TV-dəki işindən ayrılıb.
Bu barədə o özünün "Facebook" səhifəsində məlumat verib.
Teleaparıcı səbəbini açıqlamasa da, öz istəyi ilə işdən çıxdığını və İTV rəhbərliyinə təşəkkürünü bildirib.
Vüsalə Səid sözügedən telekanalda "İtvtech" verilişinin aparıcısı idi.