“Qayınanam oğluna deyirmiş ki, get bacısını al, İradəni alma”

Türkiyədə yaşayan müğənni İradə İbrahimova ailəsi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Söhbət var” verilişində qonaq olan ifaçı deyib ki, qayınanası oğlunun onunla ailə qurmasına qarşı olub:

“Evdə sənətimi sevirlər. Qayınanam əvvəl Ceyhuna (həyat yoldaşı Ceyhun İzər - red.) deyirmiş ki, get bacısını al, amma İradəni alma. O qız səhnənin tozunu udub, özünü bədbəxt etmə. Deyir ki, qorxdum. İnanmırdım ki, belə gəlin gələcək”.

İbrahimovanın sözlərinə görə, indi qayınanasının fikri tamamilə dəyişib: “Çünki ailəyə uyğunlaşmağa çalışıram. Kimin üçünsə gülməli gələ bilər, amma qayınatamın çayı bitəndə tez durub yeniləyirdim. Anamı izləmişəm, örnək götürmüşəm. Çox böyük fədakarlıqlar etdim. İndiyə kimi başıma and içirlər. Bəzən bunu maddiyata bağlayırlar, amma elə deyil. Mən Ceyhunun özünü sevdim və 6 ildən sonra ailə qurduq. Ceyhun burada qoyub getdiyim maşınımı 35 yaşımda oğlumu dünyaya gətirəndə mənə hədiyyə etdi. Heç vaxt istəməmişdim. Neçə il sonra çalışıb-vuruşdu və aldı. Mən yuva qurmaq, sevdiyim insanla bir olmaq istədim və getdim”. 

Qeyd edək ki, Türkiyə vətəndaşı Ceyhun İzərlə ailəli olan İradənin iki övladı var. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ