Aktyor Rey Stivenson vəfat etdi

“Marvel” şirkətinin “Tor” filmlərində oynayan britaniyalı aktyor Rey Stivenson İtaliyada dünyasını dəyişib. Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin aydınlaşdırdığı kimi, şənbə günü, mayın 20-də sənətçi özünü pis hiss edib və Tirren dənizində yerləşən İskiya adasındakı xəstəxanaya müraciət edib. Orada filmin çəkilişlərində iştirak edib. Bir neçə gün klinikada onun vəziyyəti yaxşılaşmayıb. Stivenson mayın 22-də 59 yaşında vəfat edib. Aktyorun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Rey Stivenson tamaşaçılara “Roma” serialında legioner Titus Pullon və “Marvel”in “Tor” haqqında filmlərində Volştaq rolları ilə tanınıb. Bundan əlavə, o, “Vikinqlər”, “Dekster” seriallarında, “Diverqent”, “İlayın Kitabı”, “İrlandiyalı” filmlərində rol alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ