Bill Qeyts rusiyalı qadınla münasibətə görə şantaj edilib

İnsan alverində ittiham olunan maliyyəçi Ceffri Epşteyn “Microsoft”un qurucusu Bill Geytsi şantaj edib.

Bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin mənbələrinə görə, Qeyts Rusiyadan olan Mila Antonova adlı qadınla qısa müddətdə münasibətdə olub. Mila 2010-cu ildə “Microsoft”un qurucusu ilə bricet üzrə turnirdə tanış olub.

WSJ yazır ki, 2013-cü ildə Antonova bricet oyunu üzrə “BridgePlanet” adlı onlayn məktəb açmaq istəyirdi və layihə üçün maliyyə axtarırdı. Həmin vaxt Bill Qeytsin müşaviri Boris Nikoliç onu Epşteynlə tanış edib. Antonova 2013-cü ilin sonunda Epşteyn ilə görüşüb. Lakin sonuncu layihə üçün pul verməyib və yalnız Milanın proqlamlaşdırma üzrə təhsil pulunu ödəməyə razılaşıb.

2017-ci ildə Epşteyn Qeytsə elektron məktub göndərərək “Microsoft” təsisçisindən Antonovanın təhsil haqqını ona qaytarmasını xahiş edib. Güman edilir ki, Epşteyn həmin vaxt hələ evli olan Qeyts və Antonovanın romanı haqqında bildiyini “Microsoft” təsisçisinə işarə edib. WSJ yazır, maliyyəçi Bill Qeytsdən yeni yaratmaq istədiyi xeyriyyə fonduna yatırım etməyi istəyib.

Qeytsin mətbuat xidmətindən məsələ ilə bağlı bildirib ki, “Microsoft”un yaradıcısının Epşteynlə heç bir maliyyə əlaqəsi yoxdur. Qeytsin özü əvvəllər deyibki, Epşteynlə bir neçə dəfə nahar edib, nəticədə baş tutmayan xeyriyyə layihəsini müzakirə edib. 

Bill Qeyts 27 illik evliliyindən sonra həyat yoldaşı Melinda ilə 2021-ci ildə boşanıb. WSJ yazır ki, boşanmanın səbəblərindən biri Melindanın ərinin 2008-ci ildə fahişəlik təşkil etməkdə günahını etiraf edən, lakin istintaqla sövdələşən və uzun müddət həbsdən yayınan Epşteynlə əlaqə saxlamasından narazı olması olub. 

2019-cu ildə Epşteyn yenidən insan alveri və azyaşlılar da daxil olmaqla fahişəliyə sövq etməkdə şübhəli bilinərək saxlanılıb. Bir müddət sonra o öz kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, Epşteyn intihar edib, baxmayaraq ki, hadisənin bütün detalları bəlli deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ