Deputat Nura Suri barədə: Görmüşük ki, kişi qadına evlilik təklifi edər

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Nura Suri Türkiyədə prezidentliyə namizəd Sinan Oğana evlilik təklif edib. Onun bu təklifi sosial mediada birmənalı qarşılanmayıb. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az- a açıqlamasında deyib ki, Sinan Oğan subay şəxs deyil:

“Bu xəbəri ilk dəfə sizdən eşitdim. Əvvəla, mən bilən Sinan Oğan evlidir, subay şəxs deyil. Hətta, seçki günü də öz xanımı ilə gəlmişdi və seçki prosesində iştirak edirdi. 

Digər tərəfdən xoşuma gəlməyən cəhət odur ki, adətən biz görmüşük ki, kişi qadına evlilik təklifi edər. Bu baxımdan da Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim. Açığı Azərbaycanlı xanımı bu statusda görmək mənim heç xoşuma gəlmir. 

Digər tərəfdən isə Sinan Oğanı siyasətçi kimi bir halda bəyənərəm ki, 28 mayda Türkiyə də keçirilən prezident seçkilərinin ikinci turunda bütün tərəfdarlarını cənab Ərdoğana səs verməyə dəvət etsin. Bu istiqamətdə çağırış etsin ki, gəlin Türkiyənin gələcəyinə səs verin. Gəlin o şəxsə səs verək ki, o, bu gün Türkiyəni dünya da söz sahibi edib. Belə bir ağıllı qərar qəbul edəcəyi təqdirdə onu çox bəyənəcəyik və bu siyasətçinin çox böyük gələcəyi ola bilər”.

Öz növbəsində Nura Suri bildirib ki, Elman Nəsirovu tanımır. 

“Bir də ki yumor hissi olmayan və sarkazm anlamayanları heç sevmirəm. Çoxu qadınlara 2-ci sort kimi baxır, kişilərə hər şey olar, amma qadınlar gərək heç bəyəndiklərini də dilə gətirməyə. Arada bu millət vəkilləri Milli Məclisdə də xalqın sözün desin, onları tanıyaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ