Prodüser Anar Mədətovun anası Mahirə Mədətova oğlu ilə gəlini Elnurə Mədətovanın boşanma qalmaqalına münasibət bildirib.
Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, “Səni axtarıram” verilişinə gələn M.Mədətova məşhur cütlüyün çoxdan ayrıldığını bildirib:
“Bunlar 22 ildir evləniblər. 20 ildir mən oğlumun evinə getmirəm. Hər gedəndə mənim adımdan elə söz çıxırdı ki, özüm özümü döyürdüm. Anarın başqa qızla xınayaxdısı ona görə oldu ki, bunlar 10 ildir ayrı yaşayırlar”.
Mahirə Mədətova Elnurənin oğlundan pul mənbəyi kimi istifadə etdiyini deyib:
“Xanımın ailəsinin nə qədər borcu olar? Hamısını yıxırdılar Anarın boynuna. Anar qazanır, gətirir, onun qardaşlarının uşaqlarını böyüdür, ərə verir... Maşını 60 minə satır, səhər gəlir görür pul yoxdur. Elnurə rayondan gəlib Bakıda villası, Türkiyədə evi, maşını var. Mənim oğlumun qazancını niyə kimsə yeməlidir? Anar evi, maşını – hər şeyi onlara qoyub çıxıb o evdən. Bu insan nəfəs almaq istəyir”.
Anarın boşanmadan xınayaxdı etməsinə isə anası belə aydınlıq gətirib:
“Qız evi dedi ki, babamız ağır xəstədir. Siz toy edəcəksinizmi? Mən dedim, heç vaxt. Mənim boyum boyda nəvələrim var. Onlar məni saysalar da, saymasalar da, baş tacımdır. Mahiri yaş yarımından mən böyütmüşəm. Çox saf, tərbiyəli, yaxşı uşaqdır. Anar onları uşaq vaxtı atsaydı deyərdiz ac qoydu. İndi bu adam istəyir ki, onun qabağına bir nəfər çay qoysun”.