Tanınmış tarzən Muğam Mərkəzinə direktor təyin olundu

Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyinatı olub.

Bu vəzifəyə Əməkdar artist, tarzən Sahib Paşazadə təyin olunub.

Qeyd edək ki, o, Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ