Zelenskiyə “Eurovision”da çıxış etməyə icazə vermədilər

Avropa Yayım Birliyi (EBU) Ukrayna prezidenti Volodimir Zelenskiyə “Eurovision” musiqi yarışmasının finalından əvvəl çıxış etməyə icazə verməyib.

Bu barədə “The Times” yazır.

Zelenski Ukraynanı dəstəkləməyə davam etmək çağırışı ilə tədbirin 160 milyonluq auditoriyasına video zəng etmək niyyətində idi. Bununla belə, EBU Ukrayna liderinin müraciətində siyasi çıxışı qadağan edən tədbirin qaydalarına zidd olduğunu görüb.

““Eurovision” yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsiplərə malik beynəlxalq əyləncə şousudur. Onun təməl daşlarından biri də müsabiqənin qeyri-siyasi xarakter daşımasıdır. Bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsini qadağan edir”, - AYB öz mövqeyini açıqlayıb.

Keçən il Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısını ilə “Eurovision-2022”nin qalibi olub. Bu qələbədən sonra müsabiqəyə Ukrayna ev sahibliyi etməli idi, lakin müharibə səbəbindən Böyük Britaniyaya keçirildi. 

“Eurovision” finalı mayın 13-də baş tutacaq. 

Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşları “Tell Me More” mahnısı ilə yarışmanın final mərhələsinə keçə bilməyiblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ