Günel xaricə köçdü - “Banu” verilişini Nazilə aparacaq

“Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı dəyişdirilib.

Proqramın aparıcısı Günel Həsənzadə layihədən ayrılıb.

Verilişə aparıcılıq etmək isə şair Nazilə Səfərliyə həvalə olunub.

Bu barədə paylaşım edən N. Səfərli G. Həsənzadənin xarici ölkəyə köçdüyünü bildirib: 

““Space TV”nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. “Banu” izləyicilərinin könlünü almaq mənə də asan olmayacaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü. Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ