Tom Kruz və Şakiranın münasibətlərinin təfərrüatı məlum olub

Kolumbiyalı müğənni Şakira ilə amerikalı aktyor Tom Kruz arasındakı münasibətin təfərrüatları məlum olub. Bu barədə artistlərə yaxın mənbələrə istinadən “Page Six” məlumat yayıb.

Nəşrin yazdığına görə, aktyor ifaçı ilə münasibətini davam etdirməkdə “çox maraqlıdır”. “Onlar arasında kimya var. Şakira üzərinə düşmək üçün yumşaq yastıq axtarır və bu Tom ola bilər. O, yaraşıqlı və istedadlı oğlandır”, - deyə mənbə bildirib.

Həmçinin qeyd olunur ki, sənətçilər həftə sonunu birlikdə keçirdikdən sonra Tom Kruz Şakiraya gül dəstəsi göndərib.

Cütlüyün mümkün münasibətləri ilə bağlı şayiələr “Formula 1” Mayami Qran Prisində onların birgə görüntülənməsi səbəb olub. Buna görə Tom Kruz hətta III Çarlzın Londonda tacqoyma mərasimində iştirakdan imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ