“Oppenheimer” filminin treyleri yayımlandı - video

“Universal Pictures” şirkəti Kristofer Nolanın “Oppenheimer” bioqrafik filminin yeni treylerini yayımlayıb.

Film atom bombasının “atası” adlandırılan Robert Oppenheymerdən bəhs edir.

Filmdə baş rolu Killian Merfi oynayıb. Kinolentdə həmçinin Emili Blant, Robert Dauni-kiçik, Mett Deymon, Florens Pyu, Qeri Oldman və Kennet Brana rol alıb.

Yeni treylerdə tamaşaçılara 1942-ci ilin sentyabrında başlayan ABŞ-ın nüvə silahlarının inkişafı proqramının - “Manhetten layihəsi”nin kadrları göstərilib.

Layihəyə amerikalı fizik Robert Oppenheymer və ABŞ Ordusu Mühəndislər Korpusunun generalı Lesli Qroz rəhbərlik edirdi. Layihə çərçivəsində üç atom bombası yaradılıb, onlardan ikisi 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ