İlhamə xanım hegemon deyildi, o, diktator idi.
Buta.media-nın məlumatına görə, bunu müğənni Roza Zərgərlinin Oxu.Az-a deyib.
O qeyd edib ki, İlhamə Quliyeva diktə etməyi çox sevirdi:
"Taxtını da, tacını da özü ilə aparıb. Heç kim də onun taxt-tacına göz dikə bilməz. Kimsə onun yerində oturmaq istəsə də bacarmaz. Məcazi mənada söyləyirlər ki, yeri boş qalıb.
İlhamə xanımın yerini heç kim doldura bilməz. Eləcə də, sənətinə vurğun olduğum Flora Kərimovanın.
İlhamə xanım bir çox adamlara əl öpdürüb. Nə olsun ki, həmin insanlar onunla ilərlə televiziyalarda davalar ediblər... Fakt odur ki, onun əlindən öpüblər.
İllər öncə bir tədbir keçirilirdi. Mükafatlandırma gecəsi idi. Adətən biz bilirik ki, bütün bu kimi gecələrdə mükafatlar pulla satılır. Məni isə dost kimi çağırdılar. Çünki bilirdilər ki, mən pulla mükafata sahib olan müğənnilərdən deyiləm.
Təşkilatçılardan biri söylədi ki, İlhamə Quliyeva da həmin gecədə iştirak edəcək. Mükafat alandan sonra onun əlindən öpməlisən. Mən isə onlara cavab olaraq bildirdim ki, həyatda iki adamın əlindən öpərəm. Biri anamın, biri də qayınanamın. Elə ona da bu dediyimi çatdırın. Mən bu tədbirə gəlməyəcəyəm. Bunu bilən rəhmətlik üç il məni dindirmədi. Bütün tədbirlərdən məni uzaqlaşdırırdı. Amma kanalların birində yeni il çəkilişində üz-üzə gəldik.
Məni görər-görməz haqqımda gözləmədiyim fikirlər səsləndirdi. Mahnımı isə mənimlə bərabər oxudu. Sonra bunları dilə gətirdi: “Mən bunu heç bir yerdə söyləməmişəm və heç bir zaman boynuma almamışam. Sən mənim cavanlığımsan. Artıq bunu qəbul etdim”.
Bir çox sənətçilər məni İlhamə xanıma bənzədir. Bəlkə də açıq və iti dilli olduğumuzdan bizi bu qədər bir-birimizə oxşadırlar. Amma şəxsən mən ona oxşadığımı düşünmürəm".
Roza Zərgərli Aysel Əlizadə ilə bağlı da danışıb:
"Ayselə qəldikdə, bir kişini boşatdırıb, ona ərə gedirsən. Xoşbəxt ola bilərsən? Öz millətindən olan xanımı, lap elə “axırıncı” xanım olsun, reytinq naminə, pul naminə, kiminsə sifarişi naminə tapdalayan insana bilmirəm nə ad verim.
Kişi həyat yoldaşından boşanıb. İndi boşanmış kişiyə ərə getmək olmaz? Bu nə fikirdir? Boşandısa hər şey bitdi, həyatın sonudur? Aysel özündən üç yaş balaca universitet tələbəsi ilə görüşməli idi? Küçədə dilənən adamla görüşəsi deyildi ki... Qəlbi sevib, xoşu gəlib, ona qarşı olan jestini və hərəkəti görüb... Yenə deyirəm, bu Ayselin şəxsi işidir. O ki qaldı kişiyə, yaxşı kişi boşanmaz".