Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılıb.
İclasda ittiham aktı elan edilib. Rəşad Dağlı qəsdən adam öldürmə və soyuq silah gəzdirmə ittihamlarının heç biri üzrə özünü təqsirli bilməyib.