Bakıda Heydər məscidində Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, Xalq artistinin sənət dostları, onu sevənlər iştirak ediblər.
Aftandil İsrafilov son mənzilə alqışlarla və müəllifi olduğu “Kəmalə” rəqsinin sədaları altında yola salınıb.