Nanə arxiv fotosunu paylaşdı: Görənlər şoka düşdü - FOTO

Teleaparıcı Nanə Ağamalıyevanın arxiv fotosu yayılıb.

Buta.media “Ölkə.Az”-a istinadən xəbər verir ki, foto İnstagram səhifələrinin birində yayımlanıb. Görüntüdə teleaparıcının xarici görünüşündəki dəyişikliklər  sosial şəbəkə zləyiciləri  tərəfindən lağa qoyulub. Onlar onu çoxsaylı plastik əməliyyat etdirməkdə günahlandırıblar.

“İnsanda bir kompleks olar, onu da əməliyyat etdirər. Bu yer qalmayıb hər yerini kəsdirib”, “Məncə bu özünü itirib, yeni bir Nanə tapıb” kimi şərhlər yazıblar.

Xatırladaq ki, Nanə Ağamalıyeva ATV telekanalının tanınan simalarından biridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ