Hüseyn qadın müğənniləri təhqir etdi: Əxlaqsızdırlar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qadın müğənniləri təhqir edib. 

 
Axşam.az xəbər verir ki, musiqiçi "Şou news"a açıqlamasında onlara əxlaqsız deyərək, ələ salıb:
 
"Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə helə qəbul edəcəyik. 
 
Ailəsi bərbat olan bir insan adamlara ailədən dərs keçir. Sən get birinci öz ailəni düzəlt, sonra insanlara dərs keç. Bu, daha gözəl olar".
 
Hüseyn daha sonra "Axı bu biabırçılıqlar nə vaxt bitəcək? Sonra məni bəyənmirlər. Bilirsiniz niyə? Çünki hər zaman sözün düzünü deyirəm" sözlərini əlavə edib. 
 
Qeyd edək ki, bir müddət əvvəl Nadir Qafarzadə də xanım ifaçıları fahişə adlandırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ