Martın 11-də Azərbaycanın Xalq artisti Emin Ağalarov və Rusiyanın tanınmış müğənnisi Qriqori Lepslə bərabər Moskvada "Lesnoy" adlı restoran açıb.
"Crocus Group"-ın məlumatına görə, məkanın açılışında Emin, Qriqori Leps, Viktoriya Daynenko, MBAND, Natan, MC Doni, CYGO, Artik Asti, Artyom Kaçer, "Fabrika" qrupu və başqa artistlər çıxış ediblər. Gecənin aparıcılığı Yana Koşkina və Konstantin Tarasyuka həvalə edilmişdi.
Gecəyə təşrif buyuranların arasında "Crocus Group"un prezidenti Aras Ağalarov, Filip Kirkorov, Rita Dakota, Yuliya Baranovskaya, Yuri Aksüta, İrina Çaykovskaya, Mişa Marvin və başqaları olub.
Xatırladaq ki, Eminlə Qriqori Lepsin "Рюмка водки" adlı daha bir restoranı var. Emin həmin restoranı daha bir neçə şəhərdə, eləcə də Bakıda açmaq niyyətindədir.