Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu - video

Bakıda məşhur videoqraf Hüseyn Qəribovun dəbdəbəli toyu olubBakıda məşhur videoqraf Hüseyn Qəribovun toyu olub.

Dəbdəbəli toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mərasimdə bir çox tanınmışlar iştirak edib. Belə ki, Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov, aktyor Nicat Rəhimov,  Xalq artistləri - Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artistlər - Ədalət Şükürov, Xəyyam Nisanov, müğənni Zamiq Hüseynov və reper Elşad Xose səhnə alıb.

H.Qəribov Dilarə adlı xanımla ailə həyatı qurub. Bəyin nikah şahidi bloqer Hüseyn olub.

Bundan başqa, Hüseyn və dostlarının toy kortejindəki bahalı maşınları müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hüseyn Qəribovun instaqramda 1 milyondan çox izləyicisi var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ