Bayden Ledi Qaqaya vəzifə verdi

Müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.

Bu barədə ABŞ liderinin Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13 dəfə “Grammy” mükafatının sahibi olub və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir.

“The Journal Time” daha əvvəl onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına salmışdı. Müğənninin xeyriyyəçilik işlərində və bəzi ictimai kampaniyalarda fəal iştirakı qeyd edilir.

1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir.
Ledi Qaqa Bayden kampaniyası çərçivəsində dəfələrlə tədbirlərdə çıxış edib və ona dəstək kampaniyasını fəal şəkildə dəstəkləyib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ himnini ifa edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ