"Sənə heç bir rəhmət düşmür" - Hikmət Rəhimov Azər Paşa Nemətovdan yazdı

Aktyor Hikmət Rəhimov bu gün vəfat edən Akademik Milli Dram Teatrının  direktoru Azər Paşa Nemətov haqda paylaşım edib.

Aktyorun fikirləri birmənalı qarşılanmayaraq ciddi müzakirələrə səbəb olub:

“Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!”.

Xatırladaq ki, aktyor illər öncə AzDrama ilə yollarını qalmaqallı şəkildə ayırmışdı. O, Azər Paşa Nemətov teatra direktor təyin olunanda onu təbrik etmədiyi üçün işdən çıxarıldığını bildirmişdi.

Qeyd edək ki, Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ