“Jara” təxirə salındı

20-21 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq mahnı festivalı təxirə salınıb.

Bu barədə festivalın təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov bildirib.

“Təəssüf ki, dünyada mövcud vəziyyət genişmiqyaslı musiqi tədbirlərinin keçirilməsinə imkan vermir”, - o, instaqramda yazıb.

E. Ağalarov dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ