Вünya şöhrətli yapon bəstəkarı və “Oskar” mükafatı laureatı Ryuiеi Sakamoto martın 28-də 72 yaşında vəfat edib.
Ölümün səbəbi hələlik açıqlanmayıb. Dəfn mərasimində yalnız yaxın qohumlar iştirak edib. 2014-cü ildə bəstəkarda ağız-udlaq xərçəngi, 2021-ci ilin yanvarında isə düz bağırsağın xərçəngi aşkarlanıb. 2021-ci ilin oktyabr və dekabr aylarında Sakamoto hər iki ağciyərdən metastazları çıxarmaq üçün əməliyyat olunub.
Sakamoto bir çox beynəlxalq mükafatlar, o cümlədən Bernardo Bertoluççinin “Sonuncu İmperator” filminə görə “Ən yaxşı orijinal musiqi” nominasiyasında Oskar qazanıb. O, həmçinin italyan rejissorun “Cənnət örtüyü altında” və “Kiçik Budda” filmlərinə musiqi bəstələyib.
Bəstəkar həmçinin David Boui ilə birlikdə aktyor kimi iştirak etdiyi Naqisa Osimanın “Merry Christmas” filminin partiturasına görə Britaniya Film və Televiziya Sənəti Akademiyasına (BAFTA) layiq görülüb.
Sakamoto 1970-ci illərin sonlarında “Yellow Magic Orchestra” tərkibində çıxış edərkən dünya şöhrəti qazanıb. “Yomiuri” nəşri yazır ki, onun komandası futuristik texno-pop üslubunu mənimsəyən ilklərdən biri olub.