Bizi məhv edirsiniz: Xoşqədəm verlişində ailəm bir birinə dəydi - VİDEO

Müğənni Səidə Sultan “Səni axtarıram” proqramına çıxıb.

Buta.media-nın məlumatına görə, Axşam.az xəbər verir ki, o, aparıcı Xoşqədəm Hidayətqızına verilişi ilə bağlı iradlarını bildirib:

“Arvadı istəmirsə, kişini niyə efirə çıxarırsınız? Olmazdı ki, verilişindən öncə məsələni həll edəsiniz? Biri bizə şər atanda neyləyək? Sevda bu gün cəmiyyətdə tanınmış insandır. Onun məsələsini efirdə müzakirə etmək düzgün deyil. Mən də ailə problemimi evimdə həll edirəm. İstəmədən çıxır, belə etməyin. O şəraiti qurmamışdım ki, nənəm efirə çıxsın. Biz haqlarımızı bilmirik, ona görə bu vəziyyətdəyik. Heç kimin ixtiyarı yoxdur ki, şəxsi həyatımı müzakirə etsin, məni xar etsin. Siz elə gəlir ki, savab iş görürsünüz, amma bizi məhv edirsiniz. 

Sevda da, Aysel də kiminsə balasıdır. Mən o hissi yaşamışam, el məni qınayanda özümü öldürmək istəyirdim. Niyə insanları buna məcbur edirsiniz? Sizin buna ixtiyarınız yoxdur. Gəlin bir-birimizə hörmət edək! Mən də bir qadın olaraq, heç kəsin ailəsinin dağılmasını istəmərəm, o qələti də etmərəm. Özümü çox yaxşı tanıyıram. Bu gün subay qızlar niyə evli kişi ilə görüşməlidir? Ayselin məsələsi çoxdan bağlanmışdı. Ayselin adını çəkib, söhbəti maraqlı etdiniz. Yoxsa Turanə ilə Elçinin məsələsi maraqlı olmayacaqdı. 

Heç kimin müğənnini yıxıb-sürüməyə ixtiyarı yoxdur. Türkiyəli, rusiyalı müğənnilərin vecinə deyil, amma bizdə qınaq çoxdur. İnsanı ölümə sürükləyirlər. Ömrüboyu etdiyin səhvi sənin başına qaxınc edirlər. Biz sözbazlıqdan ibarətik. Mənim alnım açıqdır. Xoşqədəm, sən böyük bacımızsan. Elə bacı ol ki, belə mövzu olanda yığ məni. Müğənni adını ucuzlaşdırmayaq, eləmə, nə olar, Xoşqədəm.


 
Nə Aysel, nə də Sevda ailə qurmayıb. Niyə onları vurursunuz, həyatını niyə məhv edirsiniz? Düzdür, bu sizə sərf etməyən tərəfdir. Amma etməyin, belə”.

Veriliş zamanı Səidənin əsəblərinə güclə hakim olması, etdiyi hərəkətlər diqqətdən qaçmayıb.

Qeyd edək ki, illər əvvəl Səidənin nənəsi Zaur Baxşəliyevin verilişinə çıxaraq, onun və anasının ünvanına təhqirlər səsləndirmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ