Bura plyaj deyil: “Tarqovı”da poza verən modelə polis xəbərdarlıq etdi - foto

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tərəfindən xəbərdarlıq edilib.

Model bu barədə öz sosial media hesabında yazıb.

“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər:

“Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”...

Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin. Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ