Gül əkməyə gedirmiş: Oqtay Əliyevin içinə köçə bilmədiyi villası - foto

22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında “Lexus” markalı maşının qəzaya düşməsi nəticəsində avtomobili idarə edən əməkdar mədəniyyət işçisi, “Soy” prodakşnın rəhbəri, rejissor Oqtay Əliyevin faciəvi şəkildə həlak olması ölkədə şok effekti yaradan növbəti hadisə olub.

Sosial şəbəkələrdə Oqtay Əliyevin uzun zamandır tikdirdiyi bağ evinin görüntüləri yayılıb. Həmin villada tikinti işləri ilə əlaqədar mərhumun bir gün də həmin mənzildə yaşamaq imkanının olmadığı bildirilir. Qeyd edilir ki, Oqtay Əliyev qəzaya düşdüyü zaman həmin bağ evinə gül əkmək üçün gedirmiş.

Xatırladaq ki, prodüser Oktay Əliyev martın 22-də Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəza nəticəsində dünyasını dəyişib.

Belə ki, qəza zamanı onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. 

Avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ